Mövsümü qeyri-stabil keçirən "West Ham United" ciddi itki ilə üzləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Slaven Biliçin komandasında Maykl Antonio zədələnərək mövsümü başa vurub. Bu barədə baş məşqçinin özü məlumat verib.
"Antonio uzun müddətə sıradan çıxıb. O, hər oyunda yaxşı çıxış edirdi" - Biliç qeyd edib.
Bu mövsüm 27 yaşlı havbek 29 oyun keçirib və 9 qol vurub.
Milli.Az