Bakıda İNTİHAR: 2 uşaq anası özünü 4-cü mərtəbədən atdı

Bakıda İNTİHAR: 2 uşaq anası özünü 4-cü mərtəbədən atdı
08:28 14 Aprel 2017
361 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Publika.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V. Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var. Onun həyat yoldaşı taksi sürücüsü işləyir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR