Uruqvayda 1,7 min insan təxliyə edilib

Uruqvayda 1,7 min insan təxliyə edilib
08:37 14 Aprel 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Uruqvayda güclü yağışlar və Kuareym çayının daşması nəticəsində baş verən daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallar üzrə Milli Sistemi məlumat yayıb.

Təxliyə edilən insanlar 15 müvəqqəti sığınacaqlara yerləşdirilib. Onlar qida və zəruri şeylərlə təmin olunub.

Qeyd edək ki, hazırda Kuareym çayının səviyyəsi 8,8 metrə düşüb. Hakimiyyət hesab edir ki, yenidən güclü yağışlar başlamasa, təxliyə edilən insanlar 2 gün ərzində evlərinə dönə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR