"Qəbələ" “Krasnodar”la oynayacaq

"Qəbələ" “Krasnodar”la oynayacaq
09:12 14 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında "İzmir Cup"da qrup mərhələsinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, H qrupunda mübarizə aparan "Qəbələ"nin U-12 komandası bu mərhələdə 5 matç keçirib.

"Qırmızı-qaralar" "Manisa Bələdiyyəspor", "Kamalpaşa 1923" və Muğla yığması ilə qolsuz heç-heçə edib. "Altınordu"ya 0:1 hesabı ilə uduzan "Qəbələ" Almaniyanın "Ayntraxt" (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0.

Mərhələni 6 xalla başa vuran "qırmızı-qaralar" 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.
 
Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. "Qəbələ" E qrupunda mübarizə aparacaq. Təmsilçilərimizin rəqibləri Türkiyənin "Altay", "İnegölspor" və Rusiyanın "Krasnodar" klubları olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR