“Sevgillin mənimlə görüşür"

Türkiyənin qalmaqallı evlilik verilişində maraqlı faktlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, iştirakçılardan olan Əli, Naz və Elmirin üçlü görüşməsi verilişə öz möhrünü vurub.

Bir müddət Əli və Naz münasibətdə olsa da, daha sonra onlar arasında anlaşılmazlıq yaşanıb. Bundan sonra Naza elçi düşən Elmir isə Əlinin yaxın dostudur. Hər kəs Elmirin dostuna xəyanət etdiyini və Naza elçi düşməsinin doğru olmadığını açıqlayıb. Elmir isə illər öncə sevgilisindən ayrıldıqdan sonra Əlinin onun eks sevgilisi ilə münasibətdə olduğunu vurğulayıb. Bundan sonra isə Naz Elmirə üsyan edərək, ona sərt açıqlama göndərib.

“Sən köhnə sevgilinin hədiyyə etdiyi üzüyü mənim barmağıma taxacaqsan? Deməli, sən Əlinin acığına mənimlə münasibətdə olmaq istəyirsən?”

Naz bu açıqlamadan sonra verilişi tərk edib.

Rəvan Nasiroğlu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR