Qızıl 10 dollardan çox bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,67% - 20 453,25 bəndədək, S&P 500 0,68% - 2 328,95 bəndədək, NASDAQ 0,53% - 5 805,15 bəndədək ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,29% - 7 327,59 bəndədək, Almaniya DAX-ı 0,38% - 12 109,00 bəndədək, Fransa CAC-40-ı isə 0,59% - 5 071,10 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,40 dollar artaraq 1 288,50 dollara, gümüş isə 0,21 dollar artaraq 18,51 dollara satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR