"20 Yanvar"da qanunsuz avtobus "ov"u - REYD

"20 Yanvar"da qanunsuz avtobus "ov"u - REYD
09:49 14 Aprel 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

 
 
Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.
 
 
 
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, reydlərə paytaxtın Yasamal rayonu ərazisində, "20 yanvar" metro stansiyasının qarşısından başlanıb.
 
 
Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.
 
 
Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR