Azərbaycanda tanınmış siyasətçi vəfat etdi

Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü, siyasi fəal Hamlet Səfixanlı vəfat edib.

Metbuat.Az xəbər verir ki, Hamlet Səfixanlı nəfəs çatışmazlığından dünyasını dəyişib. Mərhum ağ ciyərində yaranan tromblaşmadan əziyyət çəkirmiş.

Qeyd edək ki, Hamlet Səfixanlı 1972-ci ildə anadan olub. Gənc yaşlarından siyasi fəaliyyətlə məşğul olan Hamlet Səfixanlı 2014-cü ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulub və təşkilatın İdarə heyətinin üzvü, həmçinin Maliyyə departamentinin rəhbəri vəzfəsini daşıyıb.

Hamlet Səfixanlının kiçik yaşlarında bir oğlu var.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR