Joze Mourinyo:"Mançester Yunayted"in müdafiəçisi olsaydım"

Joze Mourinyo:"Mançester Yunayted"in müdafiəçisi olsaydım"
09:57 14 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Avropa liqasının 1/4 final qarşılaşmalarında baş tutan "Anderlext" - "Mançester Yunayted" oyunu 1:1 hesabı ilə yekunlaşıb.Fanat.Az xəbər verir ki, "Qırmızı şeytanlar"ın  baş məşqçisi Joze Mourinyo oyunsonrası heç-heçə şərhində komandanın hücumundan narazı qaldığını bildirib: "Biz hücumda dişsız idik, topu tez-tez və çox asan itirirdik. Bizim əks hücumların qırılması futbolçularımın səhv qərarlarının və topla zəif davranışın nəticəsi idi. Bu səbəbdən də rəqib də bizi əks hücumda yaxalaya bilirdi".

Buna baxmayaraq, Mourinyo müdafiəçilərdən razı qalıb:"Xoşbəxtlikdən bizim müdafiəçilər dəqiq oynamaqla sadaladığım problemləri aradan qaldırdı.  "Mançester Yunayted"in müdafiəçisi olsaydım öz hücumçularımıza əsəbləşərdim". 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-joze-mourinyoquotmancester-yunaytedquotin-mudaficisi-olsaydmquot-t57585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR