"İstanbuldakı matça azarkeş buraxılmasın!" - "Lion"un prezidenti

"İstanbuldakı matça azarkeş buraxılmasın!" -   "Lion"un prezidenti
09:57 14 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Dünən axşam "Lion" stadionunda yaşananlardan sonra klubun prezidenti Jan-Mişel sərt tələblə çıxış edib.


Fanat.Az xəbər verir ki, klub prezidenti türklərin əvvəlcədən hazırlanmış təxribat planı üzrə hərəkət etdiyini və fransız azarkeşlərə məşəl atanların Almaniyadan gəlmiş azarkeşlər olduğunu deyib.


Jan-Mişel Ola UEFA-ya bununla bağlı müraciət edəcəklərini bildirib:


"Biz bu barədə UEFA-ya çağırış edirik. Yeganə çıxış yolu İstanbuldakı oyunun boş tribunalar qarşısına keçirilməsidi. Biz öz azarkeşlərimizi İstanbula göndərə bilmərik. Onlar üçün Lion küçələrində böyük ekranlar quraşdıracağıq, azarkeşlərimiz də bir yerdə qarşılaşmanı izləyə biləcəklər. Bu gün yaşananlardan çox qorxdum. 30 illik futbol həyatımda belə şey görməmişdim".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotstanbuldak-matca-azarke-buraxlmasnquot-t57584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR