Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər avtomobildə diri-diri yandı

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər avtomobildə diri-diri yandı
10:03 14 Aprel 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb, avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR