"Heyvan sənsən, sənin..." - Dəməşqdən Trampa cavab

"Heyvan sənsən, sənin..." -  Dəməşqdən Trampa cavab
10:12 14 Aprel 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın bu bəyanatı əxlaqsızlıq, tərbiyəsizlikdir. Ona demək istərdik ki, əgər sən özün heyvansansa, başqalarının da belə olmasını düşünməməlisən. Heyvan sənsən, sənin kimi düşünənlərdir.

Suriyanın XİN başçısı Valid Müəllimin köməkçisi Ayman Sussan ABŞ prezidenti Donald Trampın Suriya prezidenti Bəşər Əsəd barədə dediklərini belə şərh edib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, A.Sussanın dediyinə görə, Bəşər Əsəd suveren, müstəqil dövlətin prezidentidir və xalq tərəfindən seçilib: "Onun hərəkətlərini, siyasətini də Tramp və onun kimiləri yox, Suriya xalqı qiymətləndirə bilər".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibəsində Suriyadakı əş Şayrat aviabazasının Aralıq dənizindəki iki gəmidən buraxılmış 59 Tomahawk qanadlı raketləriylə vurulması ilə bağlı situasiyanı şərh edəndə demişdi: "Rusiya prezidenti Vladimir Putin Suriya prezidentini, bu çox pis insanı dəstəkləyir. Bu isə Rusiya üçün, bəşəriyyət üçün çox pisdir. Dinc insanların olduğu yerə kimyəvi bombalar atılır, uşaqlar ölür, əlsiz, ayaqsız, qolsuz qalırlar. Əsəd heyvandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR