Şenol Günəşin məyusluğu - AÇIQLAMA

Şenol Günəşin məyusluğu -   AÇIQLAMA
10:17 14 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Rəqib oyuna sürətli başladı. Buna baxmayaraq, qol vurduq və oyuna nəzarəti ələ keçirdik. Son 15 dəqiqədə rəqibin hücumları zamanı yarımmüdafiədə diqqətli olmağa çalışdıq".


Fanat.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/4 finalında "Lion"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra deyib.


"Lion" cərimə zərbələrini yaxşı yerinə yetirir. İlk qolu cərimə zərbəsindən, ikinci qolu isə gözlənilməyən səhv ucbatından buraxdıq". - deyə o bildirib.


Şenol Günəş uduzduqları üçün məyus olduqlarını söyləyib: "Bu oyunda ikinci qolu vura bilərdik. Ancaq rəqib hesabı bərabərləşdirərək daha da istəkli oldu. Uduzduğumuz üçün məyusam. 90 dəqiqə öz meydanımızda oynayıb növbəti mərhələyə yüksəlmək istəyirik".

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-enol-gunin-myusluu-t57586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR