Keyxanım: "Verilişimin bağlanması sifarişli olmuşdu"

Keyxanım: "Verilişimin bağlanması sifarişli olmuşdu"
10:27 14 Aprel 2017
165 Şou
Ölkə mətbuatı
A- A+

Musiqili Komediya Teatrının tanınmış aktrisası Ülviyyə Əliyeva ("Keyxanım") "Space" telekanalında aparıcılıq etdiyi "Bu maraqlıdır" verilişinin bağlanması barədə ilk dəfə danışıb.

Milli.Az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişində qonaq olan aktrisa bildirib ki, verilişin bağlanması sifarişli olub: "Belə bir deyim var ki, desəm, öldürərlər, deməsəm, ölləm". Bilmirəm bunu desəm, qalmaqala çevriləcək, yoxsa yox. Amma olanları deyəcəm. Allaha çox şükür, qüsurum, əyri-əskik nəyimsə olmayıb ki, onu gizlədim. Düşünürəm ki, verilişimin bağlanması sifarişli olmuşdu. Yəqin ki, mənim uğurlarım kimlərisə narahat edir.

Kimsə evində oturub, verilişimdən bir hissəni telefonuna çəkmişdi. Yəni qərəzli bir çəkiliş olmuşdu. Və bunu sosial şəbəkədə yaymışdılar. Əslində, buna məyus olmadım. Yəni, mən o verilişdən qonorar almırdım. Layihə xoşuma gəlmişdi, razılıq vermişdim. Çünki heç bir verilişə bənzəmirdi. Veriliş bağlananda bəzi jurnalistlərdən incimişdim. Çünki heç bir zaman mətbuatdan qaçan insan olmamışam. Bəzi media işçiləri verilişin tam hissəsinə baxmadan, xəbər yazmışdılar ki, "Azərbaycan televiziya məkanında biabırçılıq"". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR