Premyer Liqaya vəsiqə qazanan ilk klub müəyyənləşdi

Premyer Liqaya vəsiqə qazanan ilk klub müəyyənləşdi
10:32 14 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Qərb təmsilçisinin I Divizionunun XXIV turu çərçivəsində MOİK-i 1:0 hesabı ilə məğlub etməsi ilə rəsmiləşib.

Yeganə qolu uzatma dəqiqələrində Rəhman Musayev vurub. Növbəti qələbə sayəsində xalını 57-yə çatıran "Turan Tovuz" sona 2 tur qalmış ilk 2 pillədən birini özünə təmin edib.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən Əsasnaməyə uyğun olaraq, 2016/2017 mövsümündə I divizionda ilk üç pilləni tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR