"Rusiya bu vəhşini dəstəkləməsəydi..."

Suriya Xarici İşlər Nazirliyi, ABŞ prezidenti Donald Trampın suriyalı həmkarı Bəşər Əsədi vəhşi adlandırmasına münasibət bildirib.

Metbuat.az bildirir ki, XİN-nin rəhbərinin müavini Ayma Sussan bunları deyib: "Siz özünüz vəhşisinizsə, o demək deyil ki, hamı sizin kimidir. Bəşər Əsəd suveren dövlətin prezidentidir və xalq tərəfindən seçilib".

Qeyd edək ki, Tramp Bəşər Əsəd haqda bu fikirləri səsləndirib: "Rusiya bu vəhşini dəstəkləməsəydi, heç bir problem olmazdı. Düzünü desək, prezident Putin çox qəddar və pis bir insanı dəstəkləyir. Bu isə öz növbəsində Rusiya cəmiyyəti və dünya üçün edilən böyük bir səhvdir. ABŞ Bəşər Əsədə olan mövqeyini açıqladı. Sülhün bərqərar olması üçün Əsədin istefası müəyyən bir anda baş verəcək".

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR