Ermənilər azərbaycanlı müğənniyə hücum etdi

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində birinciliyə çıxaran müğənni Eldar Qasımovun "İnstagram" hesabını erməni xakerlər qırıb.

Metbuat.az xəbər verir ki, müğənninin hesabını qıran ermənilər səhifədə Ermənistan bayrağını paylaşaraq, şəkilə “yaşasın Ermənistan!” şərhini veriblər.Yaranan problemlə bağlı Eldar Metbuat.az-a açıqlama verib:

“Bugün səhər saatlarından hesabımı oğurlayıblar. Hazırda başım elə buna qarışıqdır. Hesabımı geri qaytarmağa çalışıram”

Rəvan Nasiroğlu






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR