Avro sürətlə ucuzlaşır

Son vaxtlar avronun dünya maliyyə birjalarında zəifləməsi müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankının 14 aprel tarixinə olan valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 1,8075 manat təşkil edir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli avronun ucuzlaşma səbəblərindən danışıb.

“Avronun dünya maliyyə birjalarında zəifləməsinin bir neçə səbəbi var. İqtisadi səbəbləri ondan ibarətdir ki, Avropa Mərkəzi Bankı son zamanlar daha da geniş çaplı təşviq proqramları həyata keçirirərək, avronun dövriyyəyə buraxılacağının anonsunu verib. Bu da avro qiymətinin dövriyyədə artmasına səbəb olacaq deyə, müəyyən dərəcədə dəyərdən düşməsinə gətirib çıxarır. Siyasi səbəb isə Fransa və Almaniyada keçiriləcək seçkilərlə bağlıdır. İlk seçkilər Fransada keçiriləcək. Fransada avrozona əleyhdarlarının kifayət qədər güclü olduğu ehtimal edilir. İkinci tura çıxan namizəd Marin Le Pen avrozonadan, Avropa birliyindən çıxmaq üçün Fransada referendum keçirəcəyi ilə bağlı bəyanat verib. Bu da dünya bazarına təhlükəsiz ötüşməyəcək”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR