Sarımsağı qovurub yeyin

Sarımsağın tərkibində olan komponentlər qrip və soyuqdəymədən xilas olmağa kömək edir.

Metbuat.az xəbər verir ki, araşdırmalar nəticəsində, nizamlı olaraq sarımsaq yeyən insanların qripə tutulma ehtimalının 70% daha az olduğu məlum olub.
Sarımsaq təzyiqi nizamlayır, içərisində olan antioksidantlar Alzheimer və Demans xəstəlikləri riskini azaldır.

1. Sarımsağın tərkibindəki antioksidant və müxtəlif minerallar xərçəng və inkişaf edə biləcək pis xassəli kistalarla mübarizə aparır.

2. Maddələr mübadiləsini sürətləndirir. Bədəndə yığılan toksin maddələrin sürətli bir şəkildə bədəndən atılmasını təmin edir.

3. Qovrulmuş sarımsağın antibakterial təsiri qrip və müxtəlif infeksion xəstəlikləri meydana gətirən bakteriyaları öldürməyə yardımçı olur.

4. Bir gün içərisində xolesterol səviyyəsini aşağı salır. Sümüklər və oynaqlar güclənir.

5. Təzyiq və ürək-damar xəstəliklərinə qarşı çox faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR