Portuqaliyalı millisini sabiq üzvünə Azərbaycandan təklif

Portuqaliyalı millisini sabiq üzvünə Azərbaycandan təklif
11:17 14 Aprel 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Şotlandiyanın “Harts” klubunun hücumçusu İsmael Qonsalviş Azərbaycandan təklif alıb. Fanat.Az xəbər verir ki, klublarımızdan biri ötən il ona dəvət göndərib.


Lakin 25 yaşlı hücumçu təklifi qəbul etməyib. Bu barədə o, özü məlumat verib: "Ötən yay Azərbaycandan çox sərfəli təklif almışdım. Ancaq mən pulu seçmədim, karyeramı düşündüm. Pulu düşünsəydim, Azərbaycana gedərdim. Çünki 2015-ci ildə Səudiyyə Ərəbistanının “İttifaq” klubuna gedəndə səhv addım atmışdım. Həmin qərarı düşündüm və Azərbaycana getmədim". 


Qeyd edək ki, portuqaliyalı futbolçu qış fasiləsində “Anartossis”dən “Harts”a 200 min avroya transfer olunub. O, bu klubun heyətində 11 oyun keçirib və 5 qol vurub. İsmael Portuqaliyanın U-17 millisində oynayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-portuqaliyal-millisini-sabiq-uzvun-azrbaycandan-tklif-t57589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR