"Bakıya gedib, eyni səhvi təkrarlamaq istəmədim"

"Bakıya gedib, eyni səhvi təkrarlamaq istəmədim"
11:22 14 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Məni yenidən Şotlandiyaya dəvət edəndə başqa ölkələrdən daha sərfəli təkliflər almışdım.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri portuqaliyalı futbolçu Esmael Qonçalves deyib.

Bu ildən Şotlandiyanın "Harts" klubunda çıxış edən 25 yaşlı hücumçu xarici mətbuata açıqlama verib. Qonçalves bu ilin əvvəlində karyerası ilə bağlı düzgün seçim etdiyini bildirib.
 
O, söhbət əsnasında dövrələrarası fasilədə Azərbaycandan təklif aldığını açıqlayıb. Təklif sərfəli olsa da, Qonçalves fərqli qərar qəbul edib. Esmael bunu meydanda olduğu kimi, ondan kənarda da özünü rahat hiss etmək istəməsi ilə əlaqələndirib: "Həyatda puldan daha vacib şeylər var. Bunu karyeram ərzində buraxdığım səhvlərdən sonra anladım. Azərbaycandan təklif almışdım, oraya yollana bilərdim.

Düşündüm və 2 il əvvəl pulu üstün tutaraq, Səudiyyə Ərəbistanına yollandığımı yada salaraq, bu dəfə fərqli seçim etdim. Qərarımın doğru olduğunu düşünürəm. Bakıya gedib, eyni səhvi təkrarlamaq istəmədim. Ürəyimin səsinə qulaq asıb, Şotlandiyaya qayıtdım. Ailəmin qeydinə qalmaq lazımdı. Buna görə də, onları düşünmədən seçim edə bilməzdim. Pulla xoşbəxtliyi almaq mümkün deyil. Böyük çempionatda oynamıram. Lakin hər şey ürəyimcədi. Məşqdə məğlub olan futbolçular nahar sifariş verməlidi. Sonuncu dəfə naharın pulunu mən ödəmişəm (gülür)".
 
Qonçalves onunla danışıq aparan Azərbaycan klubunun adını açıqlamayıb. Çox güman ki, bu, dövrələrarası fasilədə heyətinə xeyli sayda yeni oyunçu qatan "Neftçi" olub.
 
Qeyd edək ki, Esmael Qonçalves karyerası ərzində "Nitsa", "Rio Ave", "Sent-Mirren", APOEL, "Veria", "Anortosis" və "Ettifaq" klublarının da formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR