Bakıda 3 nəfərin yanaraq öldüyü qəza belə baş verdi...

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Yanğın zamanı hadisə şahidlərinin çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə xilasetmə qruplarının artıq yanğını söndürdükləri və ölən adamların cəsədlərinin avtomobillərin içərisində olduğu görünür.


Azxeber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR