BANM-in tələbələri Səngəçal terminalında

BANM-in tələbələri Səngəçal terminalında
11:27 14 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisasının 3-cü kurs tələbələri Səngəçal terminalına səfər etdilər. Dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalına tələbələrin səfəri BANM-in BP-Azərbaycanla əməkdaşlığı nəticəsində baş tutub. Milli.Az xəbər verir ki, Səngəçal terminalına səfər zamanı tələbələr terminalın strukturu, tutumu və oradakı müasir avadanlıqlar, qabaqcıl texnologiyalarla tanış ola bildilər. Tələbələr, həmçinin, mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında məlumat aldılar.

Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdən biridir.Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminalın operatoru BP şirkətidir. Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onları marağlandıran suallar cavablandırılıb.

BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində Ali Məktəbin tələbələri "ATA (Amec-Tekfen-Azfen) yard" sahəsində oldular və layihə üzrə işlərlə tanış oldular. Xatırladaq ki, "ATA yard"-ın operatoru BP şirkətidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR