Ermənilər Eldar Qasımovun səhifəsini oğurladılar - FOTO

Ermənilər Eldar Qasımovun səhifəsini oğurladılar - FOTO
11:42 14 Aprel 2017
152 Şou
Ölkə mətbuatı
A- A+

"Eurovision 2011" qalibi Eldar Qasımovun İnstaqram səhifəsindəki paylaşımlar hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından müğənninin səhifəsində ermənilərlə bağlı paylaşımlar edilməyə başlanılıb.

Erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotosu və Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara "Yaşasın Ermənistan" sözləri yazılıb.

Eldarın 20 minlik səhifəsinin profil fotosu da dəyişdirilərək, erməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR