Ermənilər Eldar Qasımovun HESABINI OĞURLADI - FOTOLAR

Ermənilər Eldar Qasımovun HESABINI OĞURLADI - FOTOLAR
11:48 14 Aprel 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanı 2011-ci ildə “Eurovison” müsabiqəsində təmsil edən Eldar Qasımovun instaqram hesabı ermənilər tərəfindən oğurlanıb.

Publika.az xəbr verir ki, “Eurovision 2011” qalibinin erməni hakkerləri tərəfindən oğurlanan instaqram səhifəsində artıq bir neçə saatdır ki, erməni terrorçusu Monte Melkonyanın və Ermənistan bayrağının fotoları paylaşılır. Paylaşılan şəkillərdə həmçinin “Yaşasın Ermənistan” şüarları da yazılıb.

Qeyd edək ki, Eldar Qasımov 20 minlik səhifəsinin profil fotosuna erməni bayrağı və terrorçunun şəkli qoyulub.

Xatırladaq ki, azərbaycanlı ifaçı ötən il aprel döyüşlərində hər kəsi silahı yerə qoymağı təklif etməsi qalmaqala səbəb olmuşdu. Onun aprel döyüşləri ilə bağlı yazdığı statusu təqdim edirik:

"İndi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır. Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil. Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/195016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR