Bakıda dəhşətli qəzaya düşən "10 AX 002" nömrəli avtomobil kimindir? - FOTOLAR

Bakıda dəhşətli qəzaya düşən "10 AX 002" nömrəli avtomobil kimindir? - FOTOLAR
12:19 14 Aprel 2017
251 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı şəhər Suraxanı rayonu Zığ şosesində dəhşətli qəzaya düşmüş “VAZ 2104” markalı avtomobilin üzərindəki dövlət qeydiyyat nişanı marağa səbəb olub. Lent.az xəbər verir ki, 10 AX 002 nömrə nişanının internet resurslarında “Mercedes” markalı idman avtomobilinin üzərində olmasını əks etdirən fotolar yer alıb. Fotolardan görünür ki, həmin lüks avtomobil bu nömrə ilə paytaxtda hərəkət edib.

 

Qeyd edək ki, “VAZ 2104”ün “KİA Cerato”ya çırpılması nəticəsində avtomobili idarə edən Quliyev Gülağa Məhərrəm oğlu və qardaş olan iki sərnişini həlak olub.

 

Qafqazinfo saytı məlumat yayıb ki, “VAZ 2104”, markalı 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR