Körpəniz doğulmadan necə olduğunu görmək artıq mümkündür - FOTO

Körpəniz doğulmadan necə olduğunu görmək artıq mümkündür - FOTO
12:27 14 Aprel 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Polşada bir texnologiya firması olan "Utero" körpələrin ana bətnindəki ultrason görüntülərini çəkib, bu görüntüləri 3 ölçülü printer ilə birləşdirərək fərqli bir işə imza atıb. InUtero 3D adını verdikləri cihazı, ana bətnindəki körpənin ultrason görüntülərini çap edən yeni nəsil 3D formatlı printer olaraq tanınmaqdadır.

Körpənin "Cartesian Volume Files" (* .vol) və ya DICOM (* .dcm) formatlarında çəkilmiş üç ölçülü ultrason görüntülərini xüsusi proqram ilə üç ölçülü fiqur halına çevirən cihaz, bio-plastik materialdan istifadə olunmaqla görüntünü çap edir. Bu prosesin baştutma müddəti 3-7 saat çəkir.

Bu icad, görmə əngəlli valideyinlər üçün körpələrinin ultrason görüntülərini görə bilmədikləri üçün əsl "göydəndüşmə" hadisə olub. Bu "heykəlcik"lərə 1 avro qarşılığında sahib olmaq mümkündür.

Bu, hələlik Polşada bəzi xəstəxanalarda sınaqdan keçirilməyə başlanılıb. Texnologiyanın Polşa xaricində nə zaman istifadə ediləcəyi ilə əlaqədar hələ məlumat verilmir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR