Milli Məclis İctimai TV-nin tərkibinə dəyişiklik edilməsinə baxır

Milli Məclis İctimai TV-nin tərkibinə dəyişiklik edilməsinə baxır
12:33 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklərə baxılır.

Publika.az xəbər verir ki, namizədlərin 18 mart 2017-ci il tarixdə 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən təşkilati tədbirlər görülüb.

Aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi Azərbaycan Mətbuat Şurası tərəfindən Həsrət Azər Hacıqulu oğlu, Məmmədli Yadigar Tarix oğlu, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İmanov Muxtar Kazım oğlu, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Cəfərov Həsən Şahhüseyn oğlu, Cəfərov Əli Səfər oğlu irəli sürülüb.

İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, 6 il müddətinə təsdiq ediləcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/195021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR