“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar” elektron imza kartına tələbatı artırıb

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar” elektron imza kartına tələbatı artırıb
12:35 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilən “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlı yeni xidmət elektron imzaya təlabatı artırıb. Belə ki, artıq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə iri və orta sahibkarlardan hesabatları tamamilə elektron qaydada qəbul edir. Bu elektron xidmətdən istifadə etmək üçün sahibkarın möhür hüququ olan elektron imza kartı olmalı, yaxud möhürü səlahiyyətli şəxs ona icazə verməlidir.
 
Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) sahibkarların nəzərinə çatdırır ki, elektron imzanı heç yerə getmədən onlayn sifariş etmək mümkündür. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” xidməti üçün möhür səlahiyyətli elektron imza kartı olan müəssisə rəhbəri elektron imzası olan istənilən əməkdaşına elektron formada səlahiyyət verə bilər. Xatırladaq ki, elektron imzanı www.e-imza.az internet ünvanından onlayn sifariş etmək mümkündür. Bunun üçün istənilən vətəndaş www.e-imza.az saytından “onlayn müraciət” menyusuna daxil olub, “Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün” bölməsini seçməlidir. Daha sonra elektron ərizə formasındakı anketi tamamlayb, onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş zamanı MSXM-in təqdim etdiyi 2 elektron imza daşıyıcısından birini - smart kart və ya smart tokeni seçmək mümkündür.
 
 
 

 













Smart tokenlər “Elektron imza” sertifikat daşıyıcılarının yeni bir növüdür. USB formasında olan tokenlərdən istifadə zamanı əlavə tələb olunan kart oxuyucuya ehtiyac olmur, həmçinin proqram təminatı tokenin daxilində yerləşir və ilkin istifadə zamanı avtomatik şəkildə istifadəçi qurğusuna yüklənilərək asanlıqla quraşdırılır.
 
Sifariş Mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Sertifikatının hazır olması barədə məlumat bildirişi almış şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində qeydiyyat mərkəzinə yaxınlaşıb, şəxsiyyət vəsiqəsini təqdim etməklə elektron imza sertifikatını ala bilər.
 
Onu da qeyd edək ki, e-imza sertifikatının sifarişi üçün Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzinə də müraciət etmək olar.
 
Beləliklə, onlayn sifariş edərək vətəndaş operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını alır.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47142-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR