"Götzedən üzr istəyəcəklərinə əminəm"

"Götzedən üzr istəyəcəklərinə əminəm"
12:47 14 Aprel 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Yürgen Klopp “arılar”ın yarımmüdafiəçisi Mario Götzenin düşdüyü duruma şərh verib. Fanat.Az xəbər verir ki, “Liverpul”un baş məşqçisi maddələr mübadiləsi pozulduğuna görə, mövsümü vaxtından əvvəl bitirən Marionu müdafiə edib:


“Son illər onun səhhətiylə bağlı ciddi problemləri var idi. Şəxsən mən şadam ki, həkimlər problemin hardan qaynaqlandığını tapdılar. Həqiqəti biləndən sonra çox sayda insanın Götzedən üzr istəyəcəyinə əminəm. İnsanlıqları varsa, pis münasibətə görə mütləq üzr istəməlidilər”.


Qeyd edək ki, 24 yaşlı bəstəboy yarımmüdafiəçi yayda “Bavariya”dan geri qayıdıb. Bu mövsüm bütün turnirlər daxil olmaqla, forma geyindiyi 16 oyunda 2 qol və 2 məhsuldar ötürməylə yadda qalan futbolçunun zəif çıxışı fanatların ciddi etirazıyla qarşılanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotgotzedn-uzr-istycklrin-minmquot-t57593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR