Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ
12:49 14 Aprel 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

 

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  
 
 
Lakin  aprelin 14-dən 15-nə keçən gecə  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim  şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12°, gündüz 16-20°, Bakıda gecə 9-11° isti, gündüz  15-17° isti olacaq. 
 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 16-21°, dağlarda gecə 1°şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.  
 
 
Tibbi- meteoroloji proqnoza əsasən, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  
 
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR