​“Döyüş Gündəliyi. Talış”

Hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi.Talış” sənədli filmi Moskvada təqdim edilib.

Metbuat.az bildirir ki, təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçrilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.

Qeyd edək ki,“Döyüş Gündəliyi. Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümleden, düşmənin 21 möhkəmləndirilmiş hərbi postlarını göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR