"Büdcəni mənimsəməyə görə kimlər məsuliyyətə cəlb olunub?" - Millət vəkili

"Büdcəni mənimsəməyə görə kimlər məsuliyyətə cəlb olunub?" - Millət vəkili
13:12 14 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı büdcə vəsaitlərinin mənsimsənilməsnə görə konkret faktların əksini tapmasının vacibliyini vurğulayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili bildirib ki, hesabatda bu barədə konkretlik yoxdur: "Məsələn, mən hesabatda görmədim ki, büdcə vəsaitlərini mənimsəməyə görə, nə qədər cinayət işi var?! Kimlər cinayət məsuliyyətinə cəlb olunub, bu barədə heç nə deyilmir... Hansı ki bunlar hesabatda olmalıdır".

O, bu baxımdan təklif edib ki, parlamentdə Büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR