Təklifi qəbul etsə, Premyer Liqada ən çox maaş alan futbolçu olacaq

Təklifi qəbul etsə, Premyer Liqada ən çox maaş alan futbolçu olacaq
13:27 14 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" rəhbərliyi çilili futbolçu Aleksis Sançesi komandada saxlamaq üçün hərəkətə keçib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "topçular" adı müxtəlif klublarla birgə hallanan 28 yaşlı hücumçunun iş yerini dəyişməsinə imkan verməmək niyyətindədi.

Yeni müqavilə imzalamaq istəyən London təmsilçisi Sançeslə danışıqlara start verib. "Arsenal" Aleksisə Premyer Liqa üçün rekord sayılan təklif irəli sürüb. Belə ki, Çili yığmasının üzvü "hə" desə, İngiltərə çempionatında həftəyə 300 min funt-sterlinq qazanacaq və Premyer Liqada ən çox maaş alan futbolçuya çevriləcək.
 
Sançesin hazırkı həftəlik məvacibi isə 130 min funt-sterlinqə bərabərdi.
 
Qeyd edək ki, Aleksis Sançes 2014-cü ildən "Arsenal"ın formasını geyinir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR