Atası Elifi öldürdü

Türkiyənin Aydın vilayətinin Didim mahalında qətl hadisəsi baş verib.

Metbuat.az bildirir ki, 44 yaşlı Abidin Uysal onunla yaşamaq istəmədiini deyən 20 yaşlı qızı Elif Simqenur ilə mübahisə edib. Bundan qəzəblənən Abidin şəxsi ov tüfəngi ilə qızına atəş açıb. Nəticədə o, hadisə yerindəcə ölüb.

Polis cinayəti törətmiş şəxsi nəzarətə götürüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR