İsmayıllıda 19 yaşlı oğlan özünü güllələdi

İsmayıllıda 19 yaşlı oğlan özünü güllələdi
13:38 14 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib.

Hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib.

Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR