Bakıda "Koreya pop musiqisi" festivalı keçiriləcək

Bakıda Koreya pop musiqisi festivalı keçiriləcək.

Metbuat.az-a Koreya Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbir 29 aprel Bakı Dövlət Universitetinin əsas binasının akt zalında saat 14:00-da baş tutacaq.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində keçiriləcək müsabiqə ilə yanaşı, biletlər əsasında lotereya və Koreyaya dair fotosərgi keçiriləcək. Giriş pulsuzdur.

İştirakçılara və qaliblərə mükafat və diplomlar verilməsi ilə yanaşı, qalib komandanın Koreyada keçiriləcək 2017-ci il Dünya K-pop Festivalında da iştirak üçün namizədliyi irəli sürüləcək. Birinci yer tutan komandaya 1000 manat, ikinci və üçüncü yerləri tutan komandalara isə 500 manat mükafat təqdim ediləcək. Digər iştirakçılara isə hədiyyələr veriləcək. Bu il dördüncü dəfə keçiriləcək sözügedən müsabiqədə keçən il 21 komanda tərkibində 37 nəfər uğurla iştirak edib.

Müsabiqədə K-pop-a maraq göstərən istənilən Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirak etmək istəyən şəxslərin 23 aprelədək doldurulmuş qeydiyyat forma və ifa edəcəkləri rəqs yaxud mahnının video çarxını a.hamidzada@hotmail.com elektron ünvan vasitəsilə (mövzu hissəsinə “K-pop Festivalı” yazaraq) göndərilməsi yaxud birbaşa səfirliyə gələrək təqdim edilməsi xahiş olunur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR