Elçin Əsədov Mərakeşdə mərhələ qalibi oldu

Elçin Əsədov Mərakeşdə mərhələ qalibi oldu
13:57 14 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 7-ci mərhələsi də təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.


184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub. Bu üstünlüyünü sonadək qoruyan Elçin Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi olub. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.


Bu gün keçiriləcək 8-ci mərhələdə iştirakçılar 148,5 km məsafə qət edəcəklər. Xatırladaq ki, Mərakeş Turunun 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.


Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş Turu "Synergy Baku" üçün mayın 3-7-də keçiriləcək "Tour d`Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elcin-sdov-mraked-mrhl-qalibi-oldu-t57596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR