Bakıda daha bir küçə bağlanacaq

Aprelin 15-dən 23-nə qədər Bakının Niyazi küçəsinin bir hissəsi asfalt örtüyünün çəkilməsi məqsədilə bağlı olacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən Metbuat.az-a verilən məlumata görə, Niyazi küçənin Azneft dairəsindən İstiqlaliyyət küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR