Dünən İrəvanda Ermənistan ordusunun qeyri-döyüş
şəraitində qətlə yetirilən 5 əsgərin anası növbəti etiraz aksiyası
keçirtdi. Bu aksiyadan sonra Ermənistan mediasında ordudakı
acınacaqlı vəziyyət haqda məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi
qeyri-döyüş şəraitində ölən əsgərlərin intihar etdiyini
bildirib.
Lakin valideynlər bununla razılaşmırlar və hesab edirlər ki,
onların övladları yüksək rütbəli zabitlər tərəfindən qətlə
yetirilib.
Ölən əsgər Artur Kazaryanın anası irina Kazaryan bildirib ki, heç
kim onları qəbul etmək istəmir: “Müdafiə naziri Viqen sarkisyan
deyir ki, ona bu ölümlərlə bağlı araçşdırmaq aparmaq səlahiyyəti
verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib?!”.
Erməni jurnalist Romella Mnaçakanyan yazır ki, Ermənistan ordusunda
vəziyyət acınacaqlıdır: “Əsgərlərin qeyri-döyüş şəraitində,
müəmmalı şəraitdə ölməsi halları çoxalıb. Bu müharibənin ən qorxunc
nəticəsidir. Lakin müharibə başqa ölkə ilə deyil, ordunun daxilində
aparılır və öldürən də, ölən də erməni əsgəridir”.
Erməni jurnalist prezident Serj Sarkisyana işarə edərək, “balıq
başdan iylənir” deyə yazıb.
“Sarkisyan “aprel müharibəsi”ndə itkiləri gizlədərək, cəmiyyəti
aldatdı. O, insanlara hər şeylə bağlı yalan danışır və onun kadrı
olan Viqen Sarkisyan da məntiqi ardıcıllığa uyğun olaraq, əsgər
analarını qəbul etmək istəmir, onlara “bu mənim işim deyil” deyə
bildirir. Bu gün orduda korrupsiyadan tutmuş, əsgərlərin təhqir
olunmasına qədər bütün iyrəncliklər var. Orduya döyüşməyə gedən
əsgərlər yüksək rütbəli zabitlərin düşmənçiliyi ilə qarşılaşırlar.
Bütün əsgərlər təşviş içindədir və onların xidməti də belə başa
çatır. Təbii ki, qətlə yetirilməsələr...”, - deyə erməni jurnalist
bildirir.
Asif