Şenol Günəş "Lion" prezidentini aranı qarışdırmaqda günahlandırdı

Şenol Günəş "Lion" prezidentini aranı qarışdırmaqda günahlandırdı
14:05 14 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş Fransanın "Lion" klubunun prezidenti Jan-Mişel Olanın bu kollektivlər arasında İstanbulda keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasının azarkeşsiz oynanılmalı olduğuna dair səsləndiridiyi fikrə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis ötən gecə Fransada "Lion"a 1:2 hesabı ilə uduzduqları görüşdən sonra təşkil edilən mətbuat konfransında rəqib klubun prezidentinin səhv düşündüyünü bildirib. O, J.M.Olanın sözlərinin aranı qızışdırmağa xidmət etdiyini vurğulayıb: "Hadisə burada oldu, İstanbulda deyil. Burada ən böyük səhv tribunaların istifadə olunma formasıdır. Çox böyük bir hadisə olduğunu düşünmürəm, atılan səs bombalarından narahat olanlar meydançaya girdi. "Lion"nun prezidenti bu cür düşünürsə, səhv düşünür. Biz səhvlərin aradan qaldırılmasını istəyirik, siz səhvə sürükləyirsiniz. Hakimə də, onların baş məşqçisinə də meydana getməyi təklif etdim. Biri bir şey atıbsa, bunu səhv hesab edirəm. Təxribat törədib, atdıran da səhvdir. "Lion"nun "Roma" ilə ev oyununu da izlədim. Künc zərbəsi zamanı meydana kənar əşyalar atıldı. İstanbulda belə insan yoxdur".

"Lion" klubun prezidenti isə aprelin 20-də bu komandalar arasında İsnatbulda keçiriləcək cavab görüşünün azarkeşsiz oynanmasını tələb etməklə bərabər, təxribatların öncədən planlandığını iddia edib: "İğtişaş tördədən fanatlar yaxşı təşkilatlanmışdılar. Bəziləri Almaniyadan gəlib. Halbuki burada olmamalıdırlar. Lakin kimlərsə onlara bilet satıb. Bunlar təhlükəli adamlardır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR