İctimai TV-nin Yayım Şurasına yeni üzvlər seçildi - ADLAR

İctimai TV-nin Yayım Şurasına yeni üzvlər seçildi - ADLAR
14:05 14 Aprel 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin seçilməsi müzakirə olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, namizədlər barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
 
Namizədlər Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Azər Həsrət, Yadigar Məmmədli, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən CəfərovƏli Cəfərov olub.
 
Səsvermə nəticəsində Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov Yayım Şurasına üzv seçiliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR