3 nəfərin diri-diri yandığı hadisə ilə bağlı cinayət işi açıldı - MADDƏ

3 nəfərin diri-diri yandığı hadisə ilə bağlı cinayət işi açıldı -  MADDƏ
14:12 14 Aprel 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhər Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən lent.az-a bildirilib ki, "VAZ 2104" markalı minik avtomobili ilə "KİA Cerato"nun toqquşması nəticəsində 3 nəfərin yanaraq ölməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Zəruri ekspertizalar təyin edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR