Ağdamda zirehli texnikalardan açılan atəş səsləri eşidilir

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimi davam etdirir.

Ermənilər dünəndən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR