Referenduma SON İKİ GÜN...

Bazar günü Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Dəşiklikləri qəbul edən seçici sayı üstünlük təşkil edərsə, Türkiyə parlamentli respublikadan prezidentli respublikaya çevriləcək.

Səsverməyə sayılı günlər qala, Türkiyədə siyasi vəziyyət nə yerdədir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, sistemin bu şəkildə dəyişikliyi Türkiyə üçün müsbət perspektivlər verə bilər:

"Seçkilərə AKP partiyası, yaxud da Rəcəb Tayyib Ərdoğanın prizmasından yanaşılmasının əleyhinəyəm. Çünki iqtidarda bu gün AKP ola bilər. Amma gələcəkdə onu digər siyasi qüvvələr əvəz edəcək. Burada diqqət ediləsi lazım olan məqam sistem dəyişikliyinin Türkiyəyə nələr verəcəyidir. Belə hesab edirəm ki, bu seçki Türkiyə üçün lazımdır. Çünki ölkədə baş verən daxili siyasi proseslər bunu diqtə edir. Keçən ilin iyul ayında çevrilişə cəhd məsələsi buna nümunədir. Ondan əvvlki proseslərdə kürd qruplaşmalarının fəaliyyəti, Türkiyənin xarici siyasətdəki mövqeyi, Yaxın Şərqdə baş verən proseslər və s. Bunların hamısı Türkiyənin stabil olmağını tələb edir. Koalisyon Hökümətlər dönəmi Türkiyə siyasi tarixində qeyri-müəyyənliklər və siyasi istiqrarsızliqla yadda qaldı. Buna görə hərbi çevrilişlər baş verirdi”.

Siyasi Şərhçi qeyd etdi ki, çox güman referendumun nəticəsi “evet” çıxacaq:

“Daxildə sabitliyin yaranması, siyasi oturaqlığın yaranması baxımından seçkilər Türkiyə üçün müsbət perspektivlər vəd edə bilər. Təbii ki, müxalifətin AKP iqtidarının, xüsusilə Ərdoğanın prezident olaraq öz mövqelərini gücləndirməsi ilə bağlı dedikləri fikirlərlə razıyam. Lakin indiki dönəmdə baş verən proseslərin fonunda Türkiyənin seçkilərə getməsi təbiidir”.

Xəyalə Məmmədova /Metbuat.az

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR