Laçın Bakıda tapıldı

Laçın Bakıda tapıldı
14:17 14 Aprel 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda itkin düşən məktəbli Bakıda tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Bərdənin Meşəcilik İnstitutu ərazisində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov paytaxtda Dənizkarı Milli Parkın ərazisində tapılıb.

L.Qasımovun valideynlərinin verdiyi məlumata görə, yeniyetməni əvvəl Bakıda bir məktəbdə oxuduğu sinif yoldaşları tapıb və valideynlərinə bu barədə məlumat veriblər.

Qeyd edək ki, o, aprelin 10-da səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR