Səbinə: "Nə sponsorum, nə də prodüserim var" - FOTO

Səbinə: "Nə sponsorum, nə də prodüserim var" - FOTO
14:22 14 Aprel 2017
137 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda yeni mahnım çıxacaq, klip də çəkdirəcəm. Məncə, yay hitlərindən birinə çevriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında "Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva deyib.

Müğənni bildirib ki, heç bir stilist və prodüserlə çalışmır:

"Öz zövqümə uyğun geyinirəm. Stilistim, sponsorum, prodüserim yoxdur. Hər zaman təkbaşına olmuşam. Müğənnilər var ki, stilistlə məsləhətləşməmiş cəmiyyət içinə çıxmırlar. Hansısa bir layihə hazırlayanda stilistə müraciət edirəm. "Eurovision" ərəfəsində də bəzi məqamlar olurdu ki, mənim xoşuma gəlmirdi. Amma mən onlarla razılaşmağa məcbur idim. Haqqım da yox idi ki, etiraz edim".

Xeyli arıqlaması ilə də diqqət çəkən S.Babayeva idmanla məşğul olduğunu deyib:

"Ciddi pəhriz saxlamıram. Ürəyim nə istəyirsə, yeyirəm. Canımı çox istəyirəm... İdmana başlamışam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR