İran və Rusiya XİN başçıları Moskvadadır

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Suriyadakı vəziyyət müzakirə olunub. İki ölkənin nazirləri arasında Suriya münaqişəsinin sülh yolu ilə həlli və beynəlxalq terrorçuluğa qarşı mübarizədə birgə əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.

S. Lavrov Suriya problemindən başqa, iki ölkənin BMT-də qarşılıqlı fəaliyyəti, Xəzər hövzəsində və Əfqanıstan probleminin həlli ilə bağlı əməkdaşlığı barədə fikir mübadiləsi aparacaqlarını da söyləyib.
S. Lavrov bu gün həm də Suriyanın xarici işlər naziri Valed Muallimi qəbul edib.

İkitərəfli görüşlərdən sonra Rusiya, İran və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR