Mənzildə 43 milyon dollar tapıldı

Nigeriya polisi korrupsiyaya qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat keçirib.

Metbuat.az-ın məlumatına görə, polis Laqor şəhərindəki mənzillərin birində 43 milyon dollar aşkarlayıb. Bildirilir ki, bahalı villaya pinti geyimdə olan xanımın tez-tez çantayla getməsi qonşuların diqqətini cəlb edib. Pulların qeyri-qanuni yollarla ələ keçirildiyi qeyd olunur. İqtisadi cəhətdən zəif olan Nigeriyada mənzildən külli miqdarda pul tapılması təəccüb doğurub. Hadisəylə bağlı hələlik nəzarətə götürülən yoxdur. Araşdırmalar davam edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR