Daha bir idmançımızda dopinq tapıldı

Daha bir idmançımızda dopinq tapıldı
14:47 14 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın daha bir idmançısı dopinqdə "ilişib".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın və "Synergy Baku"nun milliləşdirilmiş legioneri Maksim Averinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb.

Belə ki, ötən ay ondan götürülən analiz müsbət nəticələnib və velosipedçinin meldoni preparatından faydalandığı üzə çıxıb.
 
Bu səbəbdən də onun beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. B probunun nəticəsindən asılı olaraq, Averinlə bağlı yekun qərar veriləcək.
 
Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. Komandamızın 32 yaşlı lideri Fransadakı Avropa və Qətərdəki dünya çempionatında da yarışı yarımçıq tərk etmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR